Sükan arxasında ürəyi dayandı - Sabirabadda FACİƏ


13:21     06 Mart 2018 surucu04.jpg

Sabirabadda sürücü hərəkətdə olarkən ürəktutmasından vəfat edib.


Femida.az Apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Nizami kəndi ərazisində İmişli rayon sakini, 1952-ci il təvəllüdlü Gözəlov Teymur Müseyib oğlunun idarə etdiyi minik maşınında halı pisləşib.

Sürücü avtomobili dayandırmağa müvəffəq olub və sükan arxasında ürəktutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Sürücü   #Sükan   #Sabirabad  

Oxunub: 1018