Taksi sürücüsü avtobus sürücüsünü təhqir edib, üzünə tüpürdü - VİDEO


14:58     06 Mart 2018 2018/03/Capture_1520319549.png

"Bakı Bus” sürücüsünə qarşı nalayiq söyüşlər söyən taksi sürücüsünün videosu yayılıb.

Bu barədə Femida.az-a Bakı Bus MMC-dən məlumata verilib. Hadisə fevralın 28-də 1 saylı marşrut xətti üzrə hərəkət edən "Bakı Bus” avtobusunda baş verib.

Avtomobil sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozaraq, avtomobilini avtobuslar üçün nəzərdə tutulan dayanacaqda saxlayıb. Buna görə ona iradını bildiriən avtobus sürücüsü qarşılığında təhqirlə üzləşib.

Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edib ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.



Femida.az

Açar sözlər: #avtobus   #sürücü   #BakuBus   #taksi   #Video  

Oxunub: 1387