Azərbaycan qadınları 8 martı qeyd etdi - FOTOLAR


16:01     06 Mart 2018 18_03_06_1520323704.jpg

Ötən gün "ART Qarden” restoranında "Regional hüquq və iqtisadi maarifləndirmə” İctimai Birliyinin yaradılması münasibətilə mötəbər tədbir keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə Respublikanın tanınmış ziyalıları, Millət Vəkilləri, elm - sənət adamları, KİV və QHT nümayəndələri iştirak edib. Yeni yaranan İctimai Birliyin rəhbəri Arzu Bağırovaya bu məsuliyyətli yükü layiqincə yerinə yetirməsində uğurlar arzulayıblar.

Tədbirə şəhid anaları, doğmaları, Qarabağ qaziləri dəvət edilmişdi. 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbirdə qadınlara verilən dəyər özünü açıq göstərirdi. Maraqlı çıxışlar, ifalarla yadda qalan görüşdə balaca Aysunun "Ya Qarabağ, Ya ölüm" şeirini xüsusi hiss və həyəcanla, gözəl intonasiyayla ifa etməsi də hər kəsi duyğulandırdı.
Qonaqlar vurğuladı ki, Arzu xanım indiyə kimi ictimai qadın idisə, bundan sonra Fədakar qadın olacaq. Bu sözlərin yükünü çiyinlərində daşımağa hazır olduğunu bildirən Arzu Bağırova gələn qonaqlara, xüsusilə də bu işlərdə ona hər zaman dəstək olan valideynlərinə, ailəsinə və həyat yoldaşına təşəkkürünü bildirdi. Dəyərli Millət Vəkilimiz Qənirə Paşayevaya bu işlərin ərsəyə gəlməsində ona göstərdiyi köməkliyə görə minnətdarlığını bildirdi.
Millət Vəkili Qənirə Paşayevanın zaldakı bütün qonaqlarla yaratdığı isti münasibətin təsiri yaddaşlarda hələ illərlə qalacaq.





















Fotolar: Vüqar İmanov

Açar sözlər: #8MART    

Oxunub: 989