Ruslara məxsus təyyarə qəzaya uğradı: General və 27 zabit öldü


07:24     07 Mart 2018 18_03_07_1520403997.jpg

Suriyada Rusiya Müdafiə Nazirliyinə məxsus “AN-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 nəfərin öldüyü təsdiqlənib.



Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, qəza nəticəsində 33 sərnişin, 6 heyət üzvü həlak olub. Məlumata görə, təyyarə qəzasında həlak olanlardan biri general-mayor, 27-si isə zabitdir.

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus “An-26” təyyarəsi Suriyanın Hmeymim aeroportu yaxınlığında qəzaya uğrayıb.

Femida.az

Açar sözlər: #Rusiya   #Putin   #Təyyarə_qəzası  

Oxunub: 936