Beş yaşlı qız hamilə qaldı - dünya şokdadır


16:35     18 Sentyabr 2015 bessss.jpg


Femida.az xarici mediaya istinadən xəbər verir ki, 76 il öncə, 14 may 1939-cu ildə baş vermiş hadisə bütün dünyada şok effekti yaratdı. Belə ki, 5 yaşlı qız uşağı övad dünyaya gətirdi.

Bu necə baş verdi...

And dağlarının ətəklərində kasıb bir ailənin qızı olan 5 yaşlı Lina Medinanın qarnı və sinəsi sürətlə böyüməyə başladı. Anası qızını xərçəng xəstəsi zənn edib xəstəxanaya apardı. Dünyanı heyrətə gətirən xəbər isə xəstəxanada ortaya çıxdı.

Üzərindən 76 il keçib, amma hələ də müzakirə olunur....

İnsanları heyrətləndirən hadisə yenidən müzakirə olunmağa başlandı. Balaca Lina 5 yaşında olarkən uşaq dünyaya gətirdi və dünyanın ən kiçik anası oldu. Lina eyni zamanda elm adamlarıını çıxılmaz vəziyyətdə qoydu. Həkimlər şokda idilər.

Anası xərçəng xəstəsi zənn etmişdi...



Anası uşağının qarnının sürətlə şişməsindən narahat olaraq xəstəxanaya apardı. Keçirilən müayinənin ardından məlu oldu ki, 5 yaşlı qızcığazın qarnında 7.5 aylıq uşaq var. Həmin qızcığaz 5 may 1939-cu ildə 2 kilo 700 qram ağırlığında oğlan uşağı dünyaya gətirir. Uşağa doğuşu həyata keçirən həkimin adı, Gerardo Lozada adı verilir.

Bu bir möcüzə idi....

Dərhal hadisə ilə bağlı istintaq başlanılır və qızcığazın atası şübhəli şəxs kimi saxlanılır. Lakin kifayət qədər sübut olmadığı üçün onu sərbəst buraxmalı olurlar. Öz anasını 10 yaşına qədər bacısı hesab edən Gerardo 40 yaşında həyata gözlərini yumur. Lina isə 38 yaşında evlənib bir daha ana oldu.



Bir çox insan baş vermiş hadisəyə inanmasa da həkimlərin qənaəti başqa cür olur: "5 yaşlı uşağın hamilə qalması çox nadir rastlanan hallardandır. Bu yaşda sağlıqlı bir uşaq dünyaya gətirmək isə bir möcüzədir". Bəzi həkimlər isə Linanın qarnında əkiz qardaşını daşıdığını və illər sonra doğduğunu düşünürlər.

Bu kimi versiyalar verilsə də, hələ ki, hadisənin sirri açılmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 7955