Valyuta ehtiyatlarının həcmi açıqlandı


14:41     07 Mart 2018 merkezi%20bank.jpg

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.


AMB-dən Femida.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb.

Femida.az

Açar sözlər: #Bank   #Dollar   #Manat  

Oxunub: 504