Sədrdən prezidentliyə namizədlərə XƏBƏRDARLIQ


16:07     07 Mart 2018 mezahir3.jpg

"Bu qanun pozuntusudur. Ola bilər ki, bunu özləri etməsinlər, başqaları-onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdırlar". Femida.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezidentliyinə namizədlərə xəbərdarlıq etmək məqsədi ilə deyib.

MSK sədri bildirib ki, namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat apara bilməzlər:

"Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.

Qeyd edək ki, Azərbaycanda president seçkiləri aprelin 11-nə keçiriləcək. Təşviqat kompaniyası isə martın 19-da başlayır.

Femida.az

Açar sözlər: #prezidnet   #seçki   #xəbərdarlıq   #MSK  

Oxunub: 1182