Ermənistandan növbəti təxribat: 3-cü yol inşa edilir


16:36     07 Mart 2018 18_03_07_1520411783.jpg


Ermənistan qanunsuz olaraq işğal altında olan Qarabağa, 3-cü Kəlbəcər-Norabak-Zod yolunun inşasına hazırlıq işlərinə başlayıb.

Femida.az ordu.az-a istinadən xəbər verir ki, məlumatda Kəlbəcər şəhərindən Qeğarkunik vilayətinin Zod kəndinə çatmaqla, əsas ana yola birləşmək üçün 26 km uzunluğunda yolun inşa ediləcəyi bildirilir.

Yolun inşası işlərinin 2018-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Ermənistan 2017-ci ilin sentyabr ayında işğal altında olan Qarabağa 2-ci Vardenis-Ağdərə yolunu çəkib.

Femida.az

Açar sözlər: #Ermənistan   #Qarabağ   #təxribat   #yol  

Oxunub: 3858