Məmmədyarov İsveçrə səfiri ilə görüşdü


18:13     18 Sentyabr 2015 elmar_memmedyarov_14290326000.jpg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfiri Paskal Abişeri ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.

Səfir P. Abişer diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov səfir P. Abişerə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Açar sözlər:

Oxunub: 846