Azərbaycanda günəş batareyalı bel çantası hazırlandı
00:41 08 Mart 2018
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıb.
Femida.az bildirir ki, bunu Trend-ə layihənin rəhbəri Rusif Hüseynov deyib.
Onun sözlərinə görə, çantanın əlavə akkumulyatorları var ki, onlar çanta günəşdə olarkən enerji yığacaq: "Çanta hərbi qurumlar tərəfindən, eləcə də uzun səhayətlər zamanı, mobil telefonların enerji yığması üçün istifadə oluna bilər. Hazırda biz ukraynalı tərəfdaşlarımızla birgə çantanın funksionallığını artıracaq layihə üzərində işləyirik".
Qeyd olunur ki, söhbət bel çantası ilə Kiyev Politexnik İnstitutunun ekotexnologiya laboratoriyası tərəfindən yaradılmış səyyar sutəmizləyici qurğunun funksionallığının uyğunlaşdırılmasından gedir. Bu qurğu bir saat ərzində 30 litr çirkli suyu təmizləmək gücündədir.
Femida.az
Oxunub: 994
Oxşar xəbərlər
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Bakıda hosteldə əcnəbi vətəndaşın çantasından 6 min dollar oğurlanıb
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Biləsuvarda tutulan narkokuryerin çantasından 16 kq narkotik aşkarlanıb
- Gəncədə ticarət mərkəzində qadının çantasını oğurlayan şəxs saxlanılıb
- Bakıda özəl xəstəxanalarda həkimlərin çantalarını oğurlayan şəxslər saxlanılıb
- Bakıda çantalar oğurlayan şəxs tutulub
- Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı
- Yol polisindən tibbi çantalarla bağlı sürücülərə XƏBƏRDARLIQ
- Yasamalda qadının çantasını aparan şəxslər saxlanılıb