Qadınların sayı 5 dəfə artıb - Naxçıvanda
13:58 08 Mart 2018
Muxtar respublikanın təşkil olunduğu 1924-cü illə müqayisədə bu gün qadınların sayı 5 dəfə artaraq 226 min 847 nəfərə çatıb ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir.
Femida.az xəbər verir ki, muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692 nəfəri, yaxud 68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri, yaxud 20 faizi qadınlardır.
Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizini təşkil edir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini qızlar təşkil edib. Hazırda muxtar respublikada elmlər doktorlarının 2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir.
Femida.az
Oxunub: 865
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib