Azərbaycan qiymətli metaldan 121 mln. manat qazanıb
18:38 08 Mart 2018
Ötən il Azərbaycan 150 min unsiya qiymətli metal ixrac edilib və bundan da 121 mln. manat gəlir əldə edilib.
Femida.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabata görə, son illər kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatı 2 dəfə artıb: “Müxtəlif ərazilərdə yerləşən Tülallar, Başqışlaq, Kəpəz və s. qızıl yataqlarında aparılmış əlavə qiymətləndirmələr nəticəsində onların ehtiyatları dəqiqləşdirilib, nəticədə qiymətli metallar hasilatı və ixracı sahəsində ciddi nailiyyətlər qazanılıb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.
Oxunub: 620
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb
- Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Bakıda adam oğurlayıb, qardaşından pul istədilər
- Bakıda qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb
- Bakıda ödəmə terminalından pul oğurlanıb