SOCAR Yunanıstanın yeni hökumətini gözləyir
19:11 18 Sentyabr 2015
SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətindəki səhmlərinin 16%-ini satmağa hazırdır.
Femida.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. O deyib ki, hazırda bununla bağlı 2 şirkətlə danışıqlar aparılır: “SOCAR DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır. Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik".
R. Abdullayev deyib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək.
Xatırladaq ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb. Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib. Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.
Oxunub: 841
Oxşar xəbərlər
- SOCAR 6,8 mln. ton neft hasil edib
- SOCAR Avstriyada iki şirkət alıb
- SOCAR-da çalışan əlillərin sayı açıqlanıb
- SOCAR-la `Özbəkneftqaz` əməkdaşlığı genişləndirir
- SOCAR bazara mühərrik yağları çıxarır
- SOCAR büdcəyə 1,3 milyard ödəyib
- SOCAR-ın yeni baş ofisi neçəyə başa gəlib?
- SOCAR-ın avtobusu piyadanı vuraraq öldürdü
- SOCAR Maltaya ötürəcəyi qazın həcmini açıqladı
- SOCAR-ın iki müəssisəsi birləşdi