Ərini öldürən qadına evlilik təklifi yağır


19:45     18 Sentyabr 2015 qadinnn.Jpeg

Çilem adlı qadın ərini öldürüb həbsxanaya düşdükdən sonra ona dəstək xarakterli məktublar gəlir.


Gənc qadına gələn məktublar içərisində ona evlilik təklifi edənlər çoxluq təşkil edir.

Bu barədə Femida.az Türkiyə mediasına istinadən xəbər verir.

Türkiyə bir uşaq anası Çilem Karabuludu Adanada baş vermiş bir cinayət hadisəsi ilə tanıdı. O, əri Hasan Karbulutu evində 6 güllə ilə qətlə yetirmişdi. Çilemin verdiyi ifadəyə görə, cinayəti törətməsinə səbəb ərinin onu fahişəliyə cəlb etmək istəməsi olub. Əri buna görə onu dəfələrlə döymüşdü. 28 yaşlı Çilem hadisəni törətməsinin ardından polisə gedərək təslim olub. Gənc qadın məhkəməyə gedərkən hər iki əlinin baş barmaqlarını qaldıraraq "missiya tamamlandı" mənasınn verən hərəkəti və "Həmişə qadınlarmı öləcək, bir dəfə də kişilər ölsün" kimi ifadəsi ilə uzun müddətdir ki gündəmdədir. Yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq həmin qadın ilk dəfə açıqlama verib.

Evlilik təklifi yağır...

"Həbsxanada o qədər günahsız yerə yatan qadın var ki, öz dərdimi unutmuşam" deyə açıqlama verən qadın maraqlandığı tək şeyin qoyub getdiyi qızı və ailəsi olduğunu deyib. Çiləm verdiyi müsahibədə həbsxanada 100-dən artıq insandan dəstək məktubu aldığını bildirib. O, bu məktublar içərisində evlilik təklifi edən kişilərin də olduğunu deyib.

"Hüquqşünas olacağam"...

Çilem Karabulut fikirlərinə belə davam edib: "Bir az təccüblü qalmışam. Bu qədər dəstəyi özüm də gözləmirdim. Xüsusi olaraq qadın hüquqları təşkilatlarından xeyli dəstək aldım. 12 yaşlı bir qız yaxınlaşaraq mənə belə dedi: "Çilem abla, özünü qətiyyən qatil kimi görmə." Kişilər isə "Sizin kimi qadınların qarısında baş əyirik" deyə mənə məktublar göndərir. Evlilik təklifi kimi məktublar da tez-tez qəbul edirəm. Ancaq onlara cavab vermirəm. Sadəcə olaraq, qadınlarla danışıram. Nə olur olsun, hüquqşünas olacağam. Ədalət istəyən qadınlara dəstək verəcəyəm".

"İlk sevgimdi, çiləm oldu"....

Evləndikdən sonra daima zorakılığa məruz qalan, ən sonunda isə fahişəliyə məcbur edilən qadın əri haqqında bu fikirləri deyib: "Onu çox sevirdim.. Aşiq olmuşdum. İlk sevgim idi, lakin zülmüm oldu"

Vəkil ordusu...

Çilem Karabulutun işinin Özgəcan Aslan qədər önəmli olduğunu vurğulayan qadın hüquqları təşkilatları 120 vəkilin onu müdafiə edəcəyini bildirib. Həmin təşkilatlar Çilemin özünü qorumaq üçün bu əməli törətdiyini və buna görə də ona cəza verilməsinin qanunauyğun olmadığı qənəatindədirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 3157