Bakıda deputatların futbol yarışına start verilir


16:41     09 Mart 2018 millimeclis1.jpg

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol yarışının püşkatma mərasimi keçririlib.


Femida.az-ın məlumatına görə, 5 ölkənin – Azərbaycan, Türkiyə, Latviya, Ukrayna və Polşa parlament komandalarının yarışacağı turnirin açılış mərasimində bildirilib ki, tədbirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanı beynəlxalq arenada tanıtmaqdan ibarətdir.

Bu gün başlayacaq turnirin final görüşü martın 11-də olacaq.

Püşkatmanın nəticələrinə görə, bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Bunun ardınca Polşa və Türkiyə qarşılaşacaq.

MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, turnir prezident İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun keçirilir.

Femida.az

Açar sözlər: #MilliMəclis   #Deputatlar   #Futbol  

Oxunub: 911