Generaldan müğənni ilə bağlı açıqlama: "Oğlumla sevgili deyil"
18:53 09 Mart 2018
Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı.
Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi.
35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi.
Femida.az xəbər verir ki, "Bizim Yol" yayılan xəbərlə bağlı Milli Qəhrəman, general-leytenant, Bakı korpusunun komandiri Rövşən Əkbərovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında oğlu ilə bağlı yayılan xəbərin yalan olduğunu bildirib:
"Bu jurnalistlərin işi-gücü yoxdur. Vətəndən, torpaqdan yazın. Bu yalan, cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi, hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil.
Mən torpaqlarımızı necə xilas edəcəyimizi fikirləşirəm. Ali Baş Komandanımızın əmrini gözləyirəm. Cənab prezident nə vaxt əmr etsə biz hazırıq. Hazırda ordumuz çox güclüdür, bundan yazmaq lazımdı. Yoxsa, belə mənasız söhbətlər heç kimə lazım deyil".
Femida.az
Oxunub: 5110
Oxşar xəbərlər
- Telman İsmayılovun Monteneqroya sığınma səbəbi bəlli olub
- “Röyalbank”ın direktoru və Müşahidə Şurasının sədrinin işi məhkəməyə göndərildi
- Metroya maskasız girdi - 10 sutka həbs cəzası aldı
- Kibercinayətkarlar Android cihazlarını Anubis bank troyanı ilə yoluxdururlar
- Metroya pirotexniki vasitə atılıb- Qatarların hərəkətində fasilə yaranıb
- Röya, Tünzalə və Mir Yusifə “Xalq artisti” adı verildi
- Bu paslı tapança 162 min avroya satıldı - Məşhur şəxsi öldürdüyü üçün
- Azərbaycanla bu ölkə arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb
- Putin Maduroya zəng etdi - Ona dəstək oldu
- Futbol klubu 10 avroya satıldı