Azərbaycanda yeni porno fırıldağı - Sizə bu mesaj gəlirsə... - FOTOFAKT


20:10     09 Mart 2018 telefon.jpg

Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.


Hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı gördükləri barədə xəbər vermişdik.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında vətəndaşları diqqətli olmağa çağırıb:

“Bu ya kiminsə uydurması, vətəndaşlarla zarafatlaşması, ya da birbaşa dələduzluq faktıdır. Bu bildiriş Daxili İşlər Nazirliyi tərəfindən göndərilməyib. Göndərilə də bilməz. Məsələ ilə bağlı araşdırmalar aparılacaq.

Əgər başqa insanlar da bu cür mesajlar alıblarsa, mütləq hüquq-mühafizə orqanlarına müraciət etsinlər, bidirişdə göstərildiyi kimi ödəniş etməsinlər. Tez bir zamanda lazımi tədbirlər görüləcək”.



Femida.az

Açar sözlər: #Telefon   #sms   #ismarıc   #DİN  

Oxunub: 12544