Həccə gedən zəvvarlara şad xəbər - Ödənişdə güzəşt olacaq
20:33 09 Mart 2018
Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Femida.az-a verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.
Ödənişin son tarixi 1 may 2018-ci ildir.
Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.
Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb.
Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir.
Femida.az
Oxunub: 938
Oxşar xəbərlər
- Məkkədə olan zəvvarların sonuncu qrupu bu gün Azərbaycana dönəcək
- Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb
- Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gedib
- Azərbaycandan Həccə gedən zəvvarların sonuncu qrupu yola düşüb
- Azərbaycanlı zəvvar Həcc ziyarətində dünyasını dəyişdi
- Azərbaycanlı zəvvarlar bu tarixdə Həcc ziyarətinə yola düşəcək
- Azərbaycandan İrana ziyarətə gedən zəvvarların avtobusu yandı
- Ərdəbildə azərbaycanlı zəvvarları daşıyan avtobus yanıb
- Zəvvarlara şad xəbər: Bundan sonra...
- Azərbaycanlı zəvvarlar hacı oldu