Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi


01:11     10 Mart 2018 18_03_09_1520615555.jpg

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib.



Femida.az xəbər verir ki, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər.

Sakinlərin şikayəti əsasında məhəllədə altı aylıq karantin elan edilib.

Hazırda digər heyvanlar arasında quduzluğun olub-olmaması araşdırılır.

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 1823