Azərbaycanlı transın başını kəsən şəxs tutuldu - Hadisə yerindən FOTO+ VİDEO


04:06     10 Mart 2018 18_03_09_1520626338.jpg

Azərbaycalı transseksual Kristinanın İstanbulda öldürülməsi barədə məlumat vermişdik.


Femida.az xəbər verir ki, əsl adı Ramil Əliyev olan Kristina ləqəbli transı əslən İrandan olan Aşxan Kazemi öldürüb.

O, dindirilmə zamanı əməlini etiraf edib. İfadəsində Kristinanı qadın hesab etdiyini, transseksual olduğunu öyrəndikdən sonra mübahisə nəticəsində öldürdüyünü bildirib.

Qeyd edək ki, İran vətəndaşı qətli törətdikdən sonra daha iki cinayət törədib. O, əvvəlcə taksi sürücüsünü soyub, ardınca isə izini itirmiək üçün avtomobil dəyişdirmək niyyəti ilə Yamğur Ş. adlı qadının maşınını əlindən alıb.

Hadisənin detalları da məlum olub. İlkin araşdırmaya görə, Kristina ləqəbli trans martın 8-də Tarlabaşı ərazisində yerləşən otellərin birində öldürülüb.

Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq əlaməti və boğaz nayihəsində bir neçə kəsik olduğu müəyyənləşib.









Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Trans   #Qətl   #Tarlabaşı   #İran   #Azərbaycan   #Türkiyə  

Oxunub: 11267