Küçədən 35 milyon dollar pul tapıldı - Yaponiyada


13:47     10 Mart 2018 18_03_10_1520660863.jpg


Keçən il Yaponiyanın paytaxtı Tokioda tapılaraq polisə təhvil verilən pul 35 milyon dollardan çoxdur.

Tokio polisi şəhər sakinlərinin ötən il küçədən tapdıqları 3,75 milyard Yaponiya yenini (35,3 milyon dollar) polisə təslim etdiklərini açıqlayıb.

Bu məbləğin 25 milyon dolları sahiblərinə, 4,77 milyon dolları isə pulu tapanlara verilib. Təxminən 4,5 milyon dolları isə Tokio meriyasının büdcəsinə keçib.

Qeyd edək ki, Tokioda nağd pul taparaq polisə təhvil verənlər tapdıqları pulun 20 faizini sahibindən mükafat olaraq ala bilir. Pul polisə verildikdən sonra 3 ay ərzində sahibi tapılmazsa, onu tapan şəxs tərəfindən götürülə bilər./olke.az

Femida.az

Açar sözlər: #Tokio   #Yaponiya   #dollar   #pul  

Oxunub: 1830