Fətullah Gülənin əmisi oğlu tutuldu - FOTO


14:08     10 Mart 2018 fetullah8.jpg

Türkiyədə FETÖ təşkilatına qarşı aparılan araşdırmalar davam edir.


Təşkilatı rəhbəri Fətullah Gülənin əmisioğlu Kəmaladdin Gülən həbs edilib.

Məlumata əsasən, daha əvvəl K. Gülən İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsində aparılan proses zamanı “Silahlı terror təşkilatına üzv olma” maddəsi ilə ittiham olunub və barəsində 7 il 6 ay həbs cəzası verilib. Sonra isə məhkəmə onun ölkədən çıxmasına qadağa qoymaqla sərbəst buraxılmasına qərarı verib.

Prokurorluğun etirazlarından sonra İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi Gülən haqqında həbs qərarı verib.

O, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.



Femida.az

Açar sözlər: #Gülən   #FETÖ   #İstanbul   #Cinayət  

Oxunub: 1479