Ekspert: Azərbaycanda avtomobil bazarı sabitləşməyə başlayıb


19:43     10 Mart 2018 avtomobil6.jpg


Azərbaycanda avtomobil bazarında ilin əvvəli ilə müqayisədə artım olsa da, artıq qiymətlər sabitləşməyə başlayıb.

Femida.az-ın Rport-a istinadən verdiyi xəbərə görə, bu barədə daşınmaz əmlak eksperti Nüsrət İbrahimov məlumat verib.

“Avtomobil bazarında ilin əvvəli ilə müqayisədə qiymət artımı var. Yanvar ayında avtomobil bazarında 20% artım olub. Bu da xaricdən gətirilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumunun artırılması ilə bağlı olub. Fevralın yekununa görə isə ayın əvvəlinə nisbətən 1,8% azalma qeydə alınıb. Yəni indi qiymətlərdə sabitləşmə gedir.

Həm daşınmaz əmlak bazarında, həm də avtomobil bazarında qiymət artımı var. Ümumən əmlak bazarında artım az-az da olsa qaçınılmaz olacaq” - ekspert qeyd edib.

Femida.az

Açar sözlər: #avtomobil   #maşın   #bazar   #iqtisadiyyat   #qiymətlər  

Oxunub: 1286