"Daşınmaz əmlak bazarında bahalaşma davam edəcək" - Ekspert
21:13 10 Mart 2018
Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımının il ərzində davam edəcəyi gözlənilir.
Femida.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib:
“Hazırda daşınmaz əmlak bazarında az da olsa artım var. Fevral ayının yekununa görə aylıq 1%-dən bir qədər çox, ilin əvvəli ilə müqayisədə isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Bu tendensiyanın il ərzində davam edəcəyi gözlənilir. Tədricən də olsa bəzi aylar istisna olmaqla, artım olacaq.”
Ekspertin sözlərinə görə, təkrar mənzil bazarında qiymət artımı yoxdur, hətta cüzi azalma var.
“İlkin mənzil bazarında əhəmiyyətli qiymət artımı qeydə alınıb. Torpaq bazarında da mövsümi ayların gəlişi ilə bağlı olaraq az da olsa artım var. Amma kommersiya obyektləri bazarında qiymət artımı yoxdur. Hələ ki, stabillikdir”- N.İbrahimov qeyd edib.
Femida.az
Oxunub: 1177
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda usta işlədiyi evdə intihar etdi
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb