Milli Şuranın mitinqinə neçə nəfər gedib? - AÇIQLAMA


21:30     10 Mart 2018 2018/03/milli_1520688771.jpg

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.


İdarədən Femida.az-a daxil olan məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Açar sözlər: #Mitinq   #Polis   #NİDA  

Oxunub: 8593