Tibbə qaranlıq qalan 5 dəhşətli xəstəlik


01:42     11 Mart 2018 2018/03/631824_1520697128.jpg

Bəzi nadir xəstəliklər vardır ki, tibb belə onların qarşısında acizdir. Arqiroz onlardan biridir. Bu sindrom gümüş tərkibli preparatlarla işləmək, müalicə məqsədilə bu tərkibli dərmanları qəbul etmək, gümüş mədənində işləmək bu xəstəliyə yoluxmaq təhlükəsini yaradır. Belə ki, bu xəstəlik orqanizmdə gümüş duzlarının yığılması nəticəsində yaranır.


Nəticədə orqanizm yetəri qədər oksigen qəbul edə bilmir və dəri mavi rəngə boyanır.

Kseroderma

Bu genetik xəstəliyi həm də vampir sindromu adlandırırlar. Kserodermadan əziyyət çəkən xəstələrin günəş şuaları altına düşərməsi ciddi fəsadlar doğurur.

Fibrodisplaziya

Bu xəstəlik zamanı əzələ toxuması tədricən sümük toxuması ilə əvəz olunur. Nəticədə hərəkət etmək getdikcə mümkünsüz olur.

Letargik ensefalit

Bu xəstəlik isə beyin kötüyünün zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin kəskin mərhələsində yüksək qızdırma, baş ağrısı, qusma, əzələ ağrıları, zəiflik və hər an yuxuya getmək istəyi yaranır. Epidemiya ilk dəfə 1915-1917 illərdə özünü göstərmişdir. Deyirlər bu xəstəliyə yaxalananlar arasında Hitler də var idi.

Hipertrixoz

Hipertrixoz xəstəliyi insanın müxtəlif sahələrinin həddən artıq tüklənməsi ilə büruzə olunur.

Urbach-Wiethe xəstəliyi

Beyində baş verən pozğunluqlar nəticəsində bu xəstəliyə tutulan insanlar qorxu hissini tamamilə itirir. Bu yaxşıdır ya pis? Özünüz qərar verin.

Femida.az

Açar sözlər: #Tibb   ##Xəstəlik   #Sindrom    

Oxunub: 3680