Qobustanda ağır qəza - Yaralılar var


14:52     11 Mart 2018 qeza_yeni.jpg

Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.

Femida.az xəbər verir ki, bu gün saat 8.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində 3 avtomobilin iştirak etdiyi zəncirvarı qəzada çoxlu sayda yaralının olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Qobustan  

Oxunub: 566