Mingəçevirdə qızıl oğrusu tutuldu

Mingəçevirdə qızıl oğrusu tutuldu

14:51     11 Mart 2018 1436246740_qizil-ucuzlashib.jpg

Mingəçevir şəhərində ötən il baş verən oğurluq cinayətinin üstü açılıb.


Femida.az xəbər verir ki, ötən il oktyabrın 25-də Mingəçevir şəhər sakini Adil Yusifov polis şöbəsinə ərizə ilə müraciət edib. Şikayətçi həmin gün günorta saatlarında ona məxsus qızıl-zinət alqı-satqısı mağazasından oğurluq edilməsi barədə məlumat verib.

Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla mağazadan ümumi dəyəri 112000 manat olan müxtəlif növ qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini, əvvəllər məhkum olmuş Elnur Mahmudov olduğu məlum olub.

Onun oğurladığı qızılları Bakı şəhərində kirayə yaşadığı evə apararaq orada saxladığı, bir qismini şəhər ərazisində fəaliyyət göstərən qızıl alqı-satqısı məntələrində dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun kirayə yaşadığı evdən satdığı qızıllardan əldə etdiyi 4000 manat və oğurlanmış qızılların bir qismi maddi sübüt kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində cinayət məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq törətmək) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #mingəçevir   #qızıl   #oğurluq  

Oxunub: 648