Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib


23:48     18 Sentyabr 2015 120ce4b7-c77c-4e1b-8922-73dcf37d62bb.jpg

Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın anadan olmasının 130 illik yubileyinə həsr olunan tədbir keçirilib.


Femida.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, musiqişünaslar və başqaları iştirak edib.

S. Məmmədəliyeva çıxışında Ü. Hacıbəylinin irisinə olan dövlət qayğısından danışıb. O xatırladıb ki, bəstəkarın irsinin qorunması, yubiley tədbirlərinin keçirilməsi haqqında ölkə başçısı tərəfindən sərəncam imzalanıb.

Ev-muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov Ü. Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin Azərbaycan musiqi sənətindəki yerindən danışıb.

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və başqaları dahi bəstəkarın ictimai fəaliyyətindən, əsərlərinin dünyanın ən böyük mədəniyyət ocaqlarında səslənməsindən, musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən söz açıblar.

Tədbirdə muzeyin arxiv materialları əsasında hazırlanmış sərgisi nümayiş olunub, bəstəkarın əsərləri səsləndirilib.

Açar sözlər:

Oxunub: 876