Putindən tarixi etiraf: "Təyyarəni vurmaq əmri verdim"


22:48     11 Mart 2018 Putin-reviziya-itogov-Vtoroy-mirovoy-voyny-nedopustima.jpg

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Soçi Olimpiadasının açılış günündə təyyarənin vurulması kimi çətin qərar qəbul etdiyini etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Andrey Kondraşovun "Putin" filmində danışıb.


Prezident xatırlayıb ki, həmin gün Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi ilə "Fişt" stadionuna gedən zaman Olimpiadanın təhlükəsizliyinin qorunması operativ qərargahından zəng gəlib. Ona Xarkovdan İstanbula gedən təyyarənin tutulduğu, əlində bomba olan terrorçunun təyyarəni Soçiyə endirmək istədiyi xəbər verilib: "Belə hallar üçün nəzərdə tutulan plana görə, təyyarə vurulmalıdır. Mən onlara "plana uyğun hərəkət edin" dedim. Məndən nə olduğunu soruşan qonaqlara isə "hər şey qaydasındadır" cavabını verdim".

"Təəssüflər olsun ki, onlara bütün detallar məlum olana qədər heç nə deyə bilməzdim. 5, bəlkə də 7 dəqiqə keçdi. İkinci zəng gəldi və qərargahdan bildirdilər ki, təyyarədəki "terrorçu" keflidir, hər şey qaydasındadır və təyyarə tezliklə Türkiyəyə enəcək" — deyə Putin əlavə edib./sputnik

Femida.az

Açar sözlər: #təyyarə   #putin   #rusiya  

Oxunub: 1953