Azərbaycan və ABŞ hərbi vəziyyəti müzakirə etdi


00:27     19 Sentyabr 2015 gorus1.jpg

Sentyabrın 18-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas ilə görüşüb.


Bu barədə Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumatda bildirilir.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əlaqələr, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1090