Tərtər istiqamətində ermənipərəst ABŞ senatorunun başından yan keçən güllə


15:55     12 Mart 2018 18_03_12_1520841431.jpg

ABŞ Konqresinin ermənipərəst üzvü, Dağlıq Qarabağdakı qondarma erməni rejiminə və “soyqırım” iddialarına uzun illər dəstək vermiş Mark Kerk təmas xəttinin Tərtər istiqamətində olarkən Azərbaycan snayperinin atdığı güllə son anda onun başından yan keçib.


Femida.az Virtualaz.org-a xəbər verir ki, bu barədə Mark Kerk İrəvanda Ermənistan parlamentinin Fəxri medalını alarkən danışıb.


2010-2017-ci illərdə İllinoysk ştatından senator olmuş respublikaçı siyasətçi deyib ki, onun həyatını erməni əsgəri son anda xilas edib. Bir neçə il əvvəl konqresmen kimi Ermənistana gələn Mark Kerk təmas xəttinə baş çəkib situasiya ilə tanış olmaq istəyib. Bu, Kerkin İllinoysdan senator seçilməsindən əvvəl olub.

“Biz Tərtər yaxınlığında səngərdə idik, Azərbaycan ordusunun mövqelərini izləyirdik. Səhvən başımı səngədən qaldırdım, bu vaxt hiss etdim ki, erməni əsgəri yaxamdan tutub aşağı çəkir. Elə həmin saniyə mənim başımın olduğu yerdən Azərbaycan mövqelərindən atılan güllə uçdu. Bu mənim üçün dərs oldu ki, gərək başını səngərdən çıxarmayasan”-Mark Kerk danışıb.





Erməni maraqlarının ən qatı müdafiəçilərindən biri olan Mark Kerk 2016-cı ildə Konqresə keçirilən araqlıq seçkiləri uduzub. Əgər həmin vaxt Azərbaycan snayperinin atdığı güllə hədəfə dəysəydi əlbətdə ki, Mark Kerk legitim hədəf olardı. Çünki onun işğal altındakı Azərbaycan ərazilərinə və üstəlik təmas xəttinə səfəri tamamilə qanunsuz, qeyri-leqal idi.

Femida.az

Açar sözlər: #Ermənistan   #Qarabağ   #Azərbaycan   #Mark_Kerk  

Oxunub: 3352