Arvadını tapança ilə hədələdi


16:17     12 Mart 2018 gullelenmek.jpg

Bakıda arvadını tapança ilə hədələyən kişi saxlanılıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələməsini bildirib.

34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb, ondan tapança və 5 ədəd patron götürülüb.

Femida.az

Açar sözlər: #Tapança   #DİN   #Silah   #Əməliyyat  

Oxunub: 1685