Afrində 3347 terrorçu öldürülüb - Hesabat


17:56     12 Mart 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.


Femida.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3347 terrorçu zərərsizləşdirilib,185 yaşayış məntəqəsi nəzarətə götürülüb. Qeyd olunub ki, ötən gün ərzində Afrində 56 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Femida.az

Açar sözlər: #Afrin   #Suriya   #Türkiyə   #ordu  

Oxunub: 673