OPEC-in baş katibi Bakıya gəlir


18:23     12 Mart 2018 opec5.jpg

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Bakıya səfəri gözlənilir.


Energetika Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfər martın 17-19-na planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan ilə OPEC arasında əməkdaşlıq, OPEC+ sazişi çərçivəsində bu münasibətlərin möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #OPEC  

Oxunub: 517