Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxardığı şəxsə vəzifə verdi


18:13     12 Mart 2018 18_03_12_1520846731.jpg

Vergilər Nazirliyində yeni təyinat olub.

Nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib.

O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib.

Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib.

O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.

Açar sözlər: #Vergilər#Nazirliyi#təyinat  

Oxunub: 1270


Oxşar xəbərlər