ATƏT PA-nın sədri Milli Məclisdə olub
20:33 12 Mart 2018
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Femida.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bahar Muradova bildirib ki, Azərbaycan ATƏT-in bütün institutları ilə, o cümlədən Parlament Assambleyası ilə yüksək səviyyəli əməkdaşlığa malikdir və bu əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bizim üçün ATƏT PA və onun çərçivəsində əməkdaşlıq və dialoq üçün yaranmış mühit çox əhəmiyyətlidir. Belə bir təşkilatın rəhbərliyinin yenidən Azərbaycanda olması bu əməkdaşlığın növbəti mərhələləri üçün yeni təkandır.
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərinin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O, ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk beynəlxalq sessiyasında iştirak edəcəyindən məmnunluğunu bildirib.
Femida.az
Oxunub: 825
Oxşar xəbərlər
- Milli Məclis şəhidlər və ailələri ilə bağlı bu sənədi qəbul etdi
- Milli Məclis Ombudsmanın məruzəsini qəbul etdi
- Sabah Milli Məclisin iclası keçiriləcək
- Ombudsman Milli Məclisdə hesabat verəcək
- Milli Məclisin apreldə ilk iclasının gündəliyi - SİYAHI
- Milli Məclisin iclasları onlayn keçiriləcək
- Əmanətlərin tam sığortalanması müddətinin artırılması I oxunuşdan keçdi
- Hərbi vəziyyətin ləğvi müzakirəyə çıxarılır
- Milli Məclisin növbəti plenar iclasında bu məsələlər müzakirə olunacaq
- Büdcə layihəsi birinci oxunuşda qəbul edildi