Ət ucuzlaşdı
20:52 12 Mart 2018
Paytaxtda ətin qiymətində 1 manata yaxın ucuzlaşma müşahidə edilir.
Femida.az metbuat.az-a istinadən bildirir ki, ucuzlaşma təkcə paytaxtda yox, bölgələrdə də qeydə alınır. Təxminən 1 ay öncə 10 manatdan yuxarı qiymətə təklif olunan bir kiloqram mal əti hazırda 9 manata satılır.
İqtisadçı Vüqar Bayramov bildirib ki, ətin qiymətinin ucuzlaşması tələbin azalması ilə bağlıdır:
“Ucuzlaşmanın əsas səbəbi rayonlarda ətin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Rayonlarda ətin ucuzlaşması Bakıya gətirilən ətin qiymətinin azalmasına gətirib çıxarıb. Yemin qiyməti müəyyən artımlardan sonra artıq stabilləşib. Eyni zamanda, hazırda ətə tələbin azalması müşahidə edilir. Tələbin azalması nəticədə qiymətə təsir göstərib. Təklifdə heç bir dəyşiklik yoxdu. Rayonlarda, eləcə də paytaxtda ətə tələbin azalması müşahidə edilir ki, bu da qiymətə təsir göstərir. Hələ ki, ciddi bir azalma gözlənilmir. Lakin mövcud qiymət qorunub saxlanılacaq”.
Femida.az
Oxunub: 1793
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
- Gözəllik və güc. Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub