Yeni ölümcül epidemiya gəlir - Xəbərdarlıq


21:41     12 Mart 2018 virus%20infeksiya.jpg


Dünyanı yeni qlobal epidemiya bürüyə bilər.

Bu barədə informasiyanı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Təşkilat yeni infeksiyanın identifikasiya edilmədiyini və onun hələlik “X xəstəliyi” olaraq adlandırıldığını bildirib.

Yeni xəstəliyin ispan qripi kimi ölümcül olduğu vurğulanıb.

ÜST öncədən bu təhlükəli infeksiya ilə mübarizə tədbirləri hazırlayır.

Təşkilat həmçinin bütün dünyanı əhatə edəcək xəstəliklər sırasında Marburq hərarəti, Krım-Konqo hərarəti, Yaxın Şərq respirator sindromu, Zika xəstəliyi, Lassa hərarəti, Ebola xəstəliyinin də yer alacağını bildirib./axar.az

Femida.az

Açar sözlər: #xəstəlik   #virus   #epidemiya   #səhiyyə  

Oxunub: 668