Dünyanın ən ucuz ölkələri: - Azərbaycan 35-ci yerdədir


21:53     12 Mart 2018 1426079192_turistbaki.jpg


ABŞ-ın “GOBankingRates” maliyyə portalı yaşayış üçün ən ucuz 50 ölkənin adını açıqlayıb. Femida.az-ın novator.az-a istinadən məlumatına görə, 115 ölkə beş əsas göstərici üzrə araşdırılıb: alıcılıq qabiliyyəti, mənzil kirayəsinin, qida məhsullarının qiyməti, mal və xidmətlərin dəyəri, restoran və barlardakı qiymətlər.



Yaşayış üçün ən ucuz ölkələrin ilk üç pilləsində Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan göstərilir. Sonrakı yerlərdə Tunis, Zambiya, Ukrayna, Meksika, Misir, Banqladeş və Makedoniya dayanır.

Ən ucuz ölkələr siyahısında Azərbaycan 35-ci yerdədir.

Reytinq cədvəlində keçmiş SSRİ-dən Gürcüstan 16-cı, Moldova 19-cu, Belarus 27-ci, Qazaxıstan 31-ci, Ermənistan 34-cüdür.

Ən ucuz ölkələr cədvəlində İran 23-cü, Türkiyə 26-cı sırada yer alır.

50 ölkəlik siyahını Macarıstan qapayır.

Açar sözlər: #dünya   #ölkə   #ucuz   #yaşayış  

Oxunub: 1492