Jurnalistin qətlinə görə daha bir nazir istefa verdi


01:12     13 Mart 2018 18_03_12_1520873025.jpg

Slovakiyada fevralın 25-də öldürülən araşdırmaçı jurnalist Yan Kutsiyak və sevgilisi Martina Kuşnirovanın qətlindən sonra daha bir nazir istefa verib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, mədəniyyət naziri Marek Madyariçdən sonra daxili işlər naziri Robert Kalinyak da istefa verib.

Cinayətin üstünün açılmasında aciz qalan nazir təzyiqlərə tab gətirə bilməyib və vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 27 yaşlı araşdırmaçı jurnalist daha çox siyasətçilərlə bağlı yazılarına görə tez-tez təzyiqlərə məruz qalırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 562