Həbsxanada qarşıdurma: Ölənlər var


00:58     10 May 2015 cezaevi-jpg20150509140913_0.jpg

İraqın Diyala əyalətindəki həbsxanasında dustaqların qiyamı nəticəsində 28 nəfər öldürülüb.


"Anadolu" agentliyinin yaydığı məlumata görə, bu haqda Diyala əyaləti təhlükəsizlik komitəsinin sədri Sadik əl-Hüseyni bildirib.

Onun sözlərinə görə, Bağdadın şimal-şərqinin 55 kilometrliyində yerləşən Diyalanın Əl-Halis rayonundakı həbsxanada mayın 8-də şam yeməyi paylanan zaman bəzi məhbuslar qiyam qaldırıb: "Az sonra vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətin altına keçib. Ancaq qarşıdurma baş verən zaman bir leytenant və təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb".

Əl-Hüseyni deyib ki, qaçmağa çalışan məhbuslardan 20-si öldürülüb, 15-i isə qaçıb.

Açar sözlər:

Oxunub: 801