72 yaşlı qadından nümunəvi addım - Həyətindəki 12 şəhid məzarına qulluq edir (VİDEO)


01:57     13 Mart 2018 18_03_12_1520877839.jpg

Hacıqabul rayonu Qubalı Baloğlan kəndi ərazisindəki naməlum türk məzarlığına kənd sakini Nigar Əkbərova özü qulluq edir. Çünki məzarlıq elə bu qadının həyətində yerləşir.



Femida.az xəzər xəbərə istinadən Qubalı Baloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Bu kənd Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara daha çox məruz qalıb. O vaxt şəhid olan 6 türk əsgəri, 6 yerli döyüşçünün məzarı Nigar Əkbərovanın həyətindədir.




75 yaşı var, çətinliklə hərəkət etsə də bu şəhid məzarlarına özü qulluq edir.

1918-ci ildə ermənilərin Azərbaycanın ərazilərinə hücum edərək vətəndaşlarımızı kütləvi şəkildə qırdığı zaman onlara qarşı döyüşlərdə şəhid olanların qəbirləri Hacıqabulun Qubalı Baloğlan kəndinin sakini Nigar Əkbərovanın həyətindədir.

Qubalı baloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Həmin il, mayın 2-ci yarısında Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara bu kənd daha çox məruz qalıb. Həmin vaxt Azərbaycana dəstəyə gəlmiş 5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri Nuru paşanın başçılığı ilə qəhrəmancasına vuruşmaqla itkilərə də məruz qalıb. 6 türk əsgəri, 6 yerli döyüşçü şəhid olub və hamısı bu həyətdə dəfn olunublar.

Nigar Əkbərova atasının ona tapşırdığı bu qəbirləri göz bəbyi kimi qoruyur. Məzarların üstünü daim silir, ətrafı kol kosdan təmizləyir.

Hazırda 12 məzarın yerində Türkiyənin azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə abidə-kompleksi inşa olunub. Şihid məzarları sakinlər də ziyarət edir.

Abidə-kompleksin divarına Qazi Nuru paşanın sözləri də həkk edilib. Həm Azərbaycanın, həmdə Türkiyənin bayraqları ucaldılıb.

Femida.az

Açar sözlər: #Şəhid   #Məzar   #Türkiyə   #Video  

Oxunub: 3106