"Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılacaq"


14:19     13 Mart 2018 18_03_13_1520921989.jpg


"Əli İnsanov da, İlqar Məmmədov da həbsdən buraxılacaq”.

Femida.az xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib.

O bildirib: "Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: "Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

Femida.az

Açar sözlər: #əfv   #amnistiya   #Novella_Cəfəroğlu   #Əli_İnsanov   #İlqar_Məmmədov  

Oxunub: 3958