22 ölkənin parlamentariləri Bakıda


15:11     13 Mart 2018 Baki%20(2)_50QCENAT.jpg

Bakıda “İpək Yolu Boyunca İqtisadi Əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdiiməsində parlament üzvlərinin rolu“ mövzusunda beynəlxalq konfrans bu gün öz işinə başlayır.


Femida.az xəbər verir ki, "Feyrmont" otelində təşkil edilən mərasimdə ümumilikdə 20 ölkədən parlamentari iştirak edir.

Tədbirdə ATƏT PA sədri Georgi Tsereteli, Monteneqro parlamentinin sədri, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajovic, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Monqolostan Xarici İşlər naziri Soqbatar Damdin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua məruzə edəcək. Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri də konfransda iştirak edirlər.

Tədbirin moderatotu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.


Femida.az

Açar sözlər: #Azərbaycan   #Albaniya   #Belarus   #Bosniya   #Herseqovina   #Bolqarıstan   #Xorvatiya    

Oxunub: 732