"5 rayonun qaytarılması barədə razılaşma var" - Aleksandr Duqin


16:55     13 Mart 2018 18_03_13_1520931385.jpg


"Beş rayonun qaytarılması üçün razılaşma var. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında müzakirə olunub".

Femida.az ordu.az-a istinadən Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı tanınmış politoloq, Aleksandr Duqinin erməni mətbuatına verdiyi açıqlamasını təqdim edir:

Suriya məsələsi ətrafında uğurlu əməkdaşlıq edən Rusiya-Türkiyə-İran ittifaqı, yaxın gələcəkdə və ya perespektivdə Cənubi Qafqazda həlli kimi oxşar problemlərlə, məsələn Dağlıq Qarabağ münaqişəsini Rusiya-İran-Türkiyə formatı çərçivəsində həll etməyə çalışa bilər. Birincisi, Dağlıq Qarabağ problemi azərbaycan və erməni xalqlarının problemidir.

Bu, yalnız dövlətlərin deyil, həm də xalqlar arasındakı əlaqədir. Burada şərti desək, Türkiyənin iştirakı Azərbaycan tərəfindən, İranın iştirakı Ermənistan tərəfindən, Rusiyanın iştirakı isə Azərbaycan və Ermənistan tərəfindən prinsip olaraq irəli çəkilə bilər. Niyə də olmasın?

Əsas odur ki, bölgənin problemlərini anlaya bilməyən və öz milli problemlərini həll etməyən, işləməyən standartları ilə ortaya atılan Qərbi münaqişənin həllindən uzaqlaşdırmaq mümkün olsun.

Rusiya, Türkiyə və İran kimi Avrasiya gücü olan ölkələr çoxmillətlidir. Milli və dini qruplar arasında əlaqə sahəsində böyük bir təcrübələri var. Belə məsələlərdə bir-birini tamamlaya bilərlər. Məsələn Rusiya yalnız xristian dövləti deyil. Bəli biz xristian ölkəsiyik, lakin Rusiyada çox sayda müsəlmanlar yaşayır, müsəlmanlara düşmən kimi baxmaq olmaz.

Münaqişənin, bu formatın istənilən tərəfinin öz maraqları və üstünlükləri var. Xüsusilə də rayonların azad edilməsi alqoritmi hazırlandığı bir məqamda, bunların yaxınlaşması və diqqətli olması kontekstində biz Qarabağ probleminin həllinə nail ola bilərik. Çoxları bunu Qarabağın təhvil verilməsi kimi şərh edir, ancaq bu belə deyil. Söhbət Bakı ilə İrəvan arasında konstruktiv dialoqun başlamasından gedir. Mən başa düşürəm ki, həm Bakıda, həm də İrəvanda “konstruktiv dialoq” kəlməsindən qışqırıqlar və fit səsləri başlayır, bu isə başa düşüləndir. Bu çox incə problemdir.

Ancaq bir rus olaraq deyə bilərəm ki, biz nəhayət bu konstruktiv dialoqun başlamasını çox istəyirik.

Ermənistan tərəfdən yeddi rayonun deyil, beş rayonun qaytarılması, yaxşı bir iradənin təzahürü olaraq, vəziyyətin yumşalmasında, gərginliyin zəifləməsində mühüm və hətta həlledici bir addım ola bilər.

Bundan sonra hərbi münaqişə təhlükəsi əhəmiyyətli dərəcədə azalacaq. Sonra yaranmış faydalanma prosesi başlayacaq. Beş rayonun qaytarılması layihəsi erməni, azərbaycan və rus mətbuatında adekvat şəkildə şərh olunmayıb. Beş rayonun qaytarılması üçün razılaşma var. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında müzakirə olunub.

Femida.az

Açar sözlər: #ordu   #Qarabağ   #Ermənistan   #Rusiya   #politoloq  

Oxunub: 5772