Müxalifətçi deputatlar arasında dava - Türkiyədə (VİDEO)

Müxalifətçi deputatlar arasında dava - Türkiyədə (VİDEO)

17:03     13 Mart 2018 2018/03/Capturei_1520931875.png

Türkiyə parlamentində müxalifəti təmsil edən iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında dava düşüb.

Hadisə martın 13-də məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirə zamanı qeydə alınıb.

CHP-nin İzmirdən olan deputatı Musa Çam əvvəllər MHP-nin sədri Devlet Bahçelinin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaşanmış “zürriyet” ifadəsi ilə bağlı mübahisəni xatırladıb. Bundan sonra MHP-dən olan deputatlar onu kürsüdə sıxışdırıb. Bu isə iki müxalif partiyanın deputatları arasında dava-dalaşa səbəb olub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Musa Çamı cəzalandıraraq onun üç iclasa buraxılmaması barədə qərar çıxarıb./report


Femida.az

Açar sözlər: #Türkiyə   #deputat   #dava  

Oxunub: 1214