Baş nazirin kortejinə bombalı hücum olub - FOTOLAR


17:40     13 Mart 2018 18_03_13_1520934152.jpg

Fələstin baş naziri Rami Hamdallahın kortejinə Qəzzada bombalı hücum olub.



Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış kortej şəhərə daxil olduqdan sonra eşidilib. Fələstin hökuməti də əsas hədəfin baş nazirin korteji olduğunu təsdiqləyib və baş verənlərə görə Qəzzanı nəzarəti altında saxlayan “Həmas”ı ittiham edib.

Partlayışdan sonra silah səsləri eşidilib, insident zamanı 7 nəfər yaralanıb. Baş nazirin səhhətinin isə yaxşı olduğu açıqlanıb.




Femida.az

Açar sözlər: #Fələstin   #Terror   #Silahlı_hücum  

Oxunub: 1284