Türk ordusu Afrinin mərkəzində - Mülki əhali şəhəri tərk edir


18:14     13 Mart 2018 18_03_13_1520935773.jpg

Dünəndən etibarən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Afrin şəhər mərkəzin mühasirəyə alıb.

Femida.az haber7-e istinadən xəbər verir ki, atışmalar zamanı sivilllərin zərər görməməsi üçün hazırda onların şəhəri tərk etməsinə şərait yaradılır.




Artıq minlərlə insan şəhərin cənubunda yaradılmış təhlükəsizlik dəhlizi vasitəsilə Afrindən çıxıblar.

Terrorçular isə yerli əhalidən “canlı qalxan” istifadə etmək üçün onların şəhəri tərk etməsinə mane olmağa çalışır.

Qeyd edək ki, 20 yanvardan bu günə qədər “Zeytun budağı” əməliyyatı çərçivəsində 175-i kənd, 37-si strateji yüksəklik olmaqla, ümumilikdə 212 məntəqə azad edilib, 3393 terrorçu isə məhv edilib.

Femida.az

Açar sözlər: #Afrin   #sivil   #Türkiyə   #PKK   #Suriya   #terror  

Oxunub: 2724