Lənkəranda tutulan jurnalist sərbəst buraxıldı


19:00     13 Mart 2018 18_03_13_1520938810.jpg

Bu gün səhər saatlarında Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan "Xəzər" Televiziyasının Cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərov sərbəst buraxılıb. Femida.az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata əsasən, E.Əkbərov hazırda evindədir.

Xatırladaq ki, E.Əkbərov bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən Lənkəran polisləri tərəfindən tutulmuşdu.

Femida.az

Açar sözlər: #jurnalist   #xəzərtv   #polis   #Lənkəran  

Oxunub: 952